AÇ-2016-nın biletlərinin qiymətləri açıqlandı
Bizi izləyin

İdman

AÇ-2016-nın biletlərinin qiymətləri açıqlandı

UEFA AÇ-2016-nın bilet satışı ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, bilet satışının ilkin mərhələsi iyunun 10-dan iyulun 10-dək həyata keçiriləcək. Bu müddətdə satışa 1 milyon bilet çıxarılacaq. Bilet almaq istəyənlər mayın 12-dən başlayaraq sifariş verə bilərlər.

Azarkeşlərə dord kateqoriyada bilet təklif olunacaq. Qrup oyunları üçün ayrılan biletlərin qiyməti 25 avrodan 145 avroyadək olacaq. Yarımfinal qarşılaşmasını izləyənlər üçün ən ucuz bilet 65, ən baha bilet 495 avroya olacaq. Finalı seyr etmək istəyənlər isə minimum 85, maksimum 895 avro ödəməlidi. Turnirin açılış oyununun biletləri isə 75-595 avro təşkil edəcək.

UEFA-dan bildirilib ki, 800 min bilet turnirdə iştirak edəcək komandaların azarkeşləri arasında bölüşdürüləcək. Bir milyon bilet isə neytral azarkeşlərə çatacaq. UEFA "Avropa üçün 20 min gülüş" aksiyası çərçivəsində 20 min bileti aztəminatlı ailələrin uşaqlarına verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm