"Barselona" və "Yuventus" finalda
Bizi izləyin

İdman

"Barselona" və "Yuventus" finalda

UEFA Çempionlar Liqasının finalçıları müəyyən olunub.

Yarımfinal mərhələsinin növbəti cavab oyunu bu gün Madriddə baş tutub. "Real" ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Yuventus"u qəbul edib.

23-cü dəqiqədə Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə isə Morata hesaba tarazlıq gətirib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, Çempionlar Liqasının finalında "Barselona" və "Yuventus" qarşılaşacaqlar.

Qeyd edək ki, final oyunu iyunun 6-da Berlində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm