Avropa Liqasında finalçılar kim olacaq?
Bizi izləyin

İdman

Avropa Liqasında finalçılar kim olacaq?

Bu gün Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, heç kimin gözləmədiyi halda yarımfinala qədər irəliləyən "Dnepr" daha bir möcüzənin astanasındadır. Belə ki, yarımfinal mərhələsinin ilk oyununda səfərdə Neapoldan məhsuldar heç-heçəylə qayıdan Ukrayna təmsilçisinə evdə qolsuz bərabərlik də sərf edir.

İtaliya A seriyasında Çempionlar Liqasına vəsiqə verən ilk üç yerdən geridə qalan "Napoli" Avropa Liqasına gələn mövsüm qitənin ən nüfuzlu klub turnirində iştirak üçün tramplin kimi baxırdı. Ancaq bu gedişlə Rafael Benitesin yetirmələri gələn il də Avropa Liqasında çıxış etməli olacaqlar.

İlk oyunda "Fiorentina"nı darmadağın edən "Sevilya" "Artemio Franki"dəki matça rahat çıxacaq. Ancaq buna baxmayaraq, Vinçentso Montellanın yetirmələrinin rahat təslim olmayacağı dəqiqdir. Hər iki klub yerli çempionatda gələn il üçün Çempionlar Liqasında iştiraka təminat verən yerlərdən geri qalır. Florensiyadakı matçöncəsi "Bənövşəyilər"in 4 futbolçusu (Rossi, Riçards, Babakar, Varqas) zədə səbəbindən komandasına kömək edə bilməyəcək. İspanlarda isə eyni səbəbdən iki futbolçu - Beto və Parexa oyunu buraxmalı olacaq.

Avropa Liqası, yarımfinal, cavab oyunları

15 may

00:05 Dnepr - Napoli (ilk oyun 1:1)

Stadion: Kiyev, "Olimpiya" stadionu.

TV: Az.TV, NTV (Türkiyə), NTV+futbol 2.

Baş hakim: Milorad Maziç (Serbiya).

Zədəli: Kravçenko, Zozulya, Şakov (şübhəli) - Miçu (Napoli).

00:05 Fiorentina - Sevilya (0:3)

Stadion: Florensiya. "Artemio Franki" stadionu.

TV: İdman Azərbaycan, NTV+futbol 1, NTV (Rusiya).

Baş hakim: Damir Skomina (Sloveniya).

Zədəli: Babakar, Riçards, Rossi, Varqas - Beto, Parexa.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm