Belçikada ölüm “epidemiyası”
Bizi izləyin

İdman

Belçikada ölüm “epidemiyası”

Belçikanın "Şarlerua" basketbol klubunun üzvü Rasmus Larsen evində ölü tapılıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz oyunçusu "Ostende" ilə ölkə çempionatının pley-off mərhələsində keçiriləcək qarşılaşmadan öncə dünyasını dəyişib.

Danimarkalı basketbolçu oyunöncəsi iclasda iştirak etməyib. Bundan sonra klubun əməkdaşları Larsenin evinə yollanıb və xoşagəlməz mənzərə ilə qarşılaşıblar.

Hadisə nəticəsində "Ostende" ilə baş tutacaq qarşılaşmanın keçirilmə vaxtı dəyişdirilib.

Qeyd edək ki, bu, Belçikada son 10 gündə baş vermiş 3-cü idmançı ölümü hadisəsidir. Rasmu Larsendən əvvəl Belçika "Lokeren"inin futbolçusu Qreqori Mertens və "Beerşot" komandasının oyunçusu Tim Nikot infarkt nəticəsində dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm