İdman
Türkiyəli jurnalist azərbaycanlı həmkarlarını başına yığdı
Türkiyənin məşhur idman jurnalisti Gökhan Günaydının iştirakı ilə idmanda və güləşdə media problemlərinə münasibətlər və təkliflər barədə treninq keçirilib.
Publika.az xəbər verir ki, iki hissəli keçən treninqə ilk olaraq Gökhan bəy özünü təqdimatla başlayıb. İdmanda reportajla bağlı təkliflər verən turkiyəli qonaq Bakı haqda təəssüratlarını bildirib:
"3 il öncə Bakıya gəlmişdim. İndi gəldiyim zaman Bakının daha da gözəlləşdiyini gördüm. Çox gözəl “Olimpiya” stadionu inşa edilib. Azərbaycan idmanının da sürətli inkişafını hiss edirəm".
Daha sonra idman tarixinə və azarkeşlərə nəzər salan Günaydın Namiq Abdullayev, Şərif Şərifov, Firdovsi Umudov, Toğrul Əsgərov kimi idmana tövhə vermiş idmançılarımızın da adını xatırladıb.
Gökhan Günaydın güləşin medianın gündəmində qalması üçün belə fikir bildirdi:
"Güləşin medianın gündəmində qalması üçün turnirlərin və idmançıların artması lazımdır. Əsgərov, Çunayev kini idmançılar cənab İlham Əliyevin təklif etdiyi "hər evdə bir idmançı" layihəsinin nəticəsidir”.
Fasilədən sonra davam edən ikinci hissədə müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”