Argentina futbolu Orteqanı itirdi - VİDEO
Bizi izləyin

İdman

Argentina futbolu Orteqanı itirdi - VİDEO

Futbol meydanında daha bir ölüm hadisəsi baş verib.

Publika.az xəbər verir ki, faciəvi hadisə bu dəfə Argentina çempionatında yaşanıb. Dördüncü divizion komandası "San-Martina de Bursako"da oynayan Emanuel Orteqa dünyasını dəyişib. Orteqa oyun zamanı başından ciddi zədə alıb. Onun başı hasara çırpılıb. Mayın 3-də zədələnən futbolçu mayın 14-də dünyasını dəyişib.

Argentina Futbol Federasiyası Orteqanın ölümü ilə əlaqədar bu həftənin sonuna planlaşdırılmış bütün futbol oyunlarını təxirə salıb. Bununla bağlı məlumat federasiyanın rəsmi saytında verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm