İdman
"Simurq"dan iflas açıqlaması
"Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində
dəyişiklikdən sonra "Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz
kimi, klubumuz sosial layihə kimi bu bankdan
maliyyələşirdi".
Bunu ANS PRESS-ə açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun
mətbuat xidmətinin Rüstəm Allahverdiyev deyib.
O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra
klubumuza vəsait ayrılmadı. Sponsorların, demək olar ki, hamısı pul
ödənişi etməkdən imtina edib:
"Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi
yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun
çərçivəsində xərclənib. Sadəcə olaraq, kluba maliyyə ödənişi
kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət
qərar qəbul ediləcək. Bizə deyilib ki, "Simurq"un talehi müsbət
mənada həll olunacaq", - deyə Rüstəm Allahverdiyev
söyləyib.
Qeyd edək ki, mətbuatda "Simurq" klubunun dağılacağı ilə bağlı məlumatlar yayılıb.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO