"Bakcell Arena"da bədbəxt hadisə
Bizi izləyin

İdman

"Bakcell Arena"da bədbəxt hadisə

Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, "Qarabağ" "Bakcell Arena"da "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib və çempionluğunu rəsmiləşdirib. Görüşdən sonra Ağdam klubunun azarkeşlərinin yer aldığı sektorda xoşagəlməz olay yaşanıb. Belə ki, sevimli komandasının çempionluğunu bayram edən azarkeşlərdən biri Orxan Salahlı tribunadan yıxılıb. Yaralanan azarkeş Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Fanatın ayağı sınıb.

Hazırda Orxan Salahlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun cərrahiyə şöbəsindədir. Onun daban sümüyü sınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm