İdman
Nazim Babayev: “I Avropa Oyunlarında qızıl medal qazanmaq istəyirəm”
Üç təkanla tullanma üzrə azərbaycanlı idmançı Nazim Babayev İlk Avropa Oyunlarının 11 elçisindən biridir.
Publika.az-a açıqlamasında idmançımız bütün diqqətini I Avropa Oyunlarında qalib gəlməyə yönəltdiyini deyib:
“Birinci Avropa Oyunları böyük bir sınaqdır. Amma bu cür turnirin ölkəmizdə keçirilməsi bizim üçün xüsusi stimul, həvəs verir. I Avropa Oyunları yaxınlaşdıqca daha güclü, daha çox məşqlər edirik. Bu turnirdə bütün fikirlərimi qələbə üçün cəmləmişəm. Ümid edirəm layiqli şəkildə ölkəmizi təmsil edərəm. Hədəflərimə gəlincə, təbii ki, ilk növbədə Bakıda keçiriləcək I Avropa Oyunlarında qızıl medal qazanmaq istəyirəm. Bundan sonra gənclər arasında keçiriləcək Avropa çempionatında qalib olmağı hədəfləmişəm. Digər beynəlxalq turnirlərdə də məqsədim ən yüksək pillələri tutmaqdır”.
Qeyd edək ki, Nazim Babayev 2014-cü ildə ard-arda 3 mötəbər yarışda Azərbaycanın bayrağını qaldırıb. Belə ki, “Yılmaz Sızak beynəlxalq turnirində” qızıl medal, yeniyetmələrin Avropa olimpiya festivalında yenə qızıl medal, “Qafqaz kubok”unda bürünc və Yeniyetmələrin Avropa Olimpiya təsnifatında qızıl medal qazanıb. Bundan sonra Avropa kuboku və Yeniyetmələrin II Olimpiya oyunlarında 3-cü yer tutub.
Aygün İlqarqızı
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov