Gimnastlarımız İsveçdən 3 medalla qayıtdı
Bizi izləyin

İdman

Gimnastlarımız İsveçdən 3 medalla qayıtdı

İsveçin Göteborq şəhərində batut gimnastikası üzrə beynəlxalq "Frivolten Cup" turniri keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 3 medal qazanıb.

Medallardan ikisini Dmitri Fedorovski əldə edib. O, fərdi çıxışda gümüş, ikili minitrampda bürünc medala sahib olub.

Daha bir gümüş medala isə qadınlar arasında fərdi çıxışda Sabina Zaytseva layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm