Mahir Şükürov "orta barmağ"ın qurbanı olub
Bizi izləyin

İdman

Mahir Şükürov "orta barmağ"ın qurbanı olub

Berti Foqts Mahir Şükürovu yığmaya çağırmamasının səbəbini açıqlayıb. Alman çalışdırıcı futbolçunu azarkeşlərə qarşı təhqiredici jestə görə millidən kənarda qoyub.

Berti Foqts Mahir Şükürovu yığmaya çağırmamasının səbəbini açıqlayıb. Alman çalışdırıcı futbolçunu azarkeşlərə qarşı təhqiredici jestə görə millidən kənarda qoyub.

Bu barədə Foqts Dubayda keçirdiyi mətbuat konfransında məlumat verib: "Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən ona düşünmək üçün vaxt vermişəm. Mahir azarkeşlər üçün oynadığını anlamalıdı. Onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədi".

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçında azarkeşlər tərəfindən təhqir olunan Mahir onlara "orta barmaq" işarəsi göstərərək cavab vermişdi. AFFA İntizam Komitəsi Şükürovu buna görə 3 oyunluq cəzalandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm