Velosipedçimiz Rusiyada iki medal qazandı
Bizi izləyin

İdman

Velosipedçimiz Rusiyada iki medal qazandı

Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə "Grand Prix of Tula" yarışı keçirilib.

Publika.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb.

Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal əldə edib.

Bununla da, Omelçenko sprint növündə özünün 2015-ci ildəki şəxsi rekordunu təzələyib. Uğurlu çıxışı sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm