Futbolumuz “Simurq”u da itirir
Bizi izləyin

İdman

Futbolumuz “Simurq”u da itirir

Mayın 28-də Azərbaycan Premyer Liqasının son turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşmalı olan Zaqatala təmsilçisi matça yollanmaya bilər.

Publika.az xəbər verir ki, maliyyə böhranıyla üzləşən Zaqatala klubunun Lənkərana getməyə imkanı yoxdur.

Bundan başqa, komanda məşq etmir, bütün futbolçular evlərinə buraxılıblar. Baş məşqçi George Çixradze də hazırda Tbilisidədir. Bu gedişlə, nə əvəzedicilərin, nə də əsas komandanın “Xəzər Lənkəran”la oyuna çıxacağı inandırıcı görünür.

Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. O da deyilənləri təsdiqlədi. Bu isə “Simurq”un rəsmən dağılması deməkdir. Təəssüf...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm