“Pələng” “qəfəs”i tərk etdi
Bizi izləyin

İdman

“Pələng” “qəfəs”i tərk etdi

"Mançester Yunayted"in və Kolumbiya millisinin üzvü Radamel Falkao mançesterli azarkeşlərlə sağollaşıb.

Publika.az xəbər verir ki, şəxsi "instaqram" səhifəsində "Mançester Yunayted" formasında şəklini paylaşan Falkao, fotonun altında bu sözləri yazıb:

"Mançester Yunayted" klubu və azarkeşlərinə təşəkkür edirəm. Mənə verdiyiniz dəstəyi heç vaxt unutmayacam".

Falkao keçən ilin yayında "Monako"dan "Qırmızı şeytanlar"a icarəyə verilmişdi. Klublar arasındakı razılaşmaya əsasən, Mançester təmsilçisi “pələng” ləqəbli kolumbiyalı forvardın xidmətindən razı qalacağı halda mövsümün sonunda onu transfer edə bilərdi. Ancaq ingilislər mövsüm ərzində keçirdiyi 29 oyunda cəmi 4 qol və 4 məhsuldar ötürməyə imza atan Falkaonun xidmətindən imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm