Yıxılan "Simurq"a bir balta da AFFA-dan
Bizi izləyin

İdman

Yıxılan "Simurq"a bir balta da AFFA-dan

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının 35-ci turunda baş verənlərə hüquqi qiymət verilib.

Publika.az xəbər verir ki, “Sumqayıt” komandası ilə matçın 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, rumıniyalı müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

“Bakı” – “Neftçi” matçında qonaq komanda 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. "Bakı"ya isə diktorun olmamasına görə ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı halda, kluba cəza veriləcək.

Ən ağır cəza maddi problemlərlə üzləşən Zaqatala "Simurq"una və onun qapıçısı Amil Ağacanova kəsilib. AZAL-la qarşılaşmanın 21-ci dəqiqəsində Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qapıçı 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə edilib. Üstəlik, Ağacanov meydanı tərk edərkən, oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd edib. Nəticədə o, daha 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm