Fərqi göstərən tarixi foto
Bizi izləyin

İdman

Fərqi göstərən tarixi foto

Fərqi göstərən tarixi foto

Bu foto 2007-ci il iyul ayının 17-də Bakıda çəkilib. Publika.az xəbər verir ki, həmin günü Çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Xəzər Lənkəran" "Dinamo" (Zaqreb) klubunu qəbul edirdi.

Oyunda hesabı Zaur Ramazanov açsa da, bundan bir qədər sonra xorvatlar bərabərliyi təmin etmiş və matç 1:1 hesabı ilə başa çatmışdı.

Cavab oyununda isə "Dinamo" əlavə vaxtda vurduğu qollarla 3:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə keçmişdi.

Fotodakı futbolçular isə Rahid Əmirquliyevlə Luka Modriçdi. Aradan 7 il vaxt keçib.

O vaxtlar tanınmayan Modriç sonralar futbolçu keyfiyyətlərini artırararq hazırda dünya nəhəngi Madrid "Real"nın şərəfini qoruyur.

Həmin vaxt 18 yaşı olan Rahidin isə hazırda 25 yaşı var. Lakin Modriçdən fərqli olaraq, Rahid hələ də "Xəzər Lənkəran"ın şərəfini qoruyur.

Bu fakt avropalı futbolçu ilə azərbaycanlı futbolçunun peşəkarlığı, ustalığı və ən əsası xarakteri arasındakı aşkar fərqin göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm