FİFA prezidentinə “sui-qəsd” – İrlandiya etiraf etdi
Bizi izləyin

İdman

FİFA prezidentinə “sui-qəsd” – İrlandiya etiraf etdi

Bu gün FİFA məmurlarının həbs olunması xəbəri bütün dünya mətbuatının diqqətini eyni zamanda mayın 29-da baş tutacaq quruma prezident seçkilərinə yönəlib. Artıq İrlandiya Futbol Federasiyası FİFA prezidenti postuna keçiriləcək seçkilərdə Jozef Blatterə səs verməyəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlamasında İrlandiya Futbol Federasiyası rəsmilərindən Con Delaney bu haqda belə deyib:

“Blatter prezident olduğu dövrdə yaxşı işlər gördüyünü iddia etsə də, FİFA-nın nüfuzu onun rəhbər olduğu dönəmdə inanılmaz zərbələr aldı, imici korlandı. Biz ona səs verməyəcəyik”.

Federasiya rəsmisi FİFA prezidentliyinə digər namizəd - İordaniya şahzadəsi Əli bin Əl-Hüseynə səs verəcəklərini bildirib.

Bu gün mətbuatda FİFA-nın bir neçə üzvünün həbs olunduğu haqda çıxan xəbərlərdən sonra FİFA prezidenti Blatterin də həbs olunmaq təhlükəsinin olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm