“Anladım ki, Maurinyo heç bir hörmətə layiq deyil”
Bizi izləyin

İdman

“Anladım ki, Maurinyo heç bir hörmətə layiq deyil”

“Anladım ki, Maurinyo heç bir hörmətə layiq deyil”

“Liverpul”un və İngiltərə milisinin müdafiəçisi Qlen Conson hazırkı məşqçisi Brendan Rocerslə keçmiş məşqçisi Joze Maurinyonu müqayisə edib.

Publika.az xəbər verir ki, müdafiəçi “Çelsi”də çıxış edərkən Maurinyonun onu aldatdığını bildirib: “Mənə Joze ilə yola getmək çətin idi. Bir dəfə o mənə dedi ki, nə vaxt haqq edəcəksənsə, onda da oynayacaqsan.

Dedi ki, bu oyunda yaxşı oynayacaqsansa, növbəti matçda da mütləq meydana çıxacaqsan. Bir dəfə məni oyunun ən yaxşısı seçdilər. O, məni növbəti turda heyətdən çıxarda bilmədi.

Oynadım, yenə də ən yaxşı seçildim. Növbəti tur ərəfəsində o yenə də eyni sözləri dedi. Çempionat oyunundan sonra bizi “Barselona” ilə qarşılaşma gözləyirdi.

Yadımdadı, həmin vaxt menecerimə dedim ki, Maurinyo məni çempionat oyununa buraxmayacaq. Çünki mən yenə də oyunun ən yaxşısı seçilsəm, o məcbur olub məni “Barselona” ilə oyunda start heyətinə salmalıdı. Hər şey mən deyən kimi oldu. O, məni meydana buraxmadı. Beləcə əsas heyətdə yerimi itirdim.

Həmin vaxt anladım ki, Maurinyo mən tərəfdən heç bir hörmətə layiq deyil. “Çelsi”dən getmək haqda da həmin vaxt qərar verdim.

“Liverpul”un baş məşqçisi Brendan isə heç vaxt onun kimi hərəkət etməz. O, futbolçularda ozünəinam hissini yüksəldir. Futbolçu formadadırsa, mütləq oynamaq şansı qazanır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm