FİFA prezidenti ABŞ-ın ittihamlarına cavab verdi
Bizi izləyin

İdman

FİFA prezidenti ABŞ-ın ittihamlarına cavab verdi

FİFA-nın yenidən seçilmiş prezidenti Sepp Blatter özünü 150 milyon dollarlıq rüşvət qalmaqalından kənarda saxlamağa çalışır.

Şənbə günü Sürixdə müxbirlərlə danışan Blatter ABŞ-ın federal agentiyinin bu həftənin əvvəli etdiyi təhqiqata işarə edərək, özünə görə narahat olmadığını deyib.

Blater bildirib ki, ABŞ tərəfindən irəli sürülən ittihamnamədə göstərildiyi kimi, Şimali, Mərkəzi Amerika və Karib ölkələrinin Futbol Konfederasiyası rəsmilərinə 2010-cu ildə dünya futbol çempionatının Cənubi Afrikada keçirilməsi üçün 10 milyon dollar vermiş yüksək səviyyəli FİFA rəsmisi o deyil.

Blatter eyni zamanda bildirib ki, FİFA 2018-ci və 2022-ci illərdə futbol üzrə dünya çempionatlarının Rusiyada və Qətərdə keçirilməsi planlarına da dəyişiklik etməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm