İdman
“Barsa”lılar “satqın”ı heyətdən “qovdu”
Çempionlar Liqasının finalından bir gün əvvəl – iyunun 5-də şou xarakterli görüş keçiriləcək.
Publika.az xəbər verir ki, UEFA-nın təşkil edəcəyi görüşdə vaxtilə “Barselona” və “Yuventus”un şərəfini qorumuş ulduz futbolçular dünya yığması ilə qarşılaşacaq. Ancaq UEFA-nın açıqladığı heyətdə dəyişiklik baş verib.
Luiş Fiqunun adı siyahıdan çıxarılıb. UEFA Fiqunun adını siyahıdan “Barselona”nın tələbiylə çıxarıb. Fiqu 1995-2000-ci illərdə “Barsa”da çıxış edib. Ancaq sonradan “Real”a keçib. Bu keçidə görə, portuqaliyalı futbolçu “Barselona” tərəfdarları arasında satqın kimi qəbul edilir.
Veteranların görüşündə Erik Abidal, Deku, Lüdovik Jüli, Mark Van Bommel, Canluka Zambrotta, Alessandro Del Pyero, Fabio Kannavaro, Kafu, Klarens Zeedorf və başqa ulduzlar iştirak edəcək.
-
ABŞ18:06
Bayden oğlu ilə "vurula" bilər: Məhkəmədə utancverici hallar gözlənilir
-
Sosial17:37
Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
-
Region17:00
Mirzoyanla Darçiaşvili telefonla danışdı: Müzakirədə Tavuş da olub
-
Magazin115:41
Aytən Səfərovanı efirə buraxmırlar?
-
Nida Xəbər 14:46
Xaricdə nikaha girmək istəyənlərin nəzərinə
-
Qoroskop14:01
Önəmli həftə başlayır: 2 bürc ev alacaq, 2-si işsiz qalacaq, digərləri isə...
-
Rəsmi xronika13:26
Prezident bu qaydanı təsdiqlədi
-
Dünya13:01
Bundestaq Olaf Şoltsa Rusiya ilə bağlı ultimatum verdi