Olimpiya çempionunun onurğasından şrup çıxartdılar - FOTO
Bizi izləyin

İdman

Olimpiya çempionunun onurğasından şrup çıxartdılar - FOTO

Olimpiya çempionunun onurğasından şrup çıxartdılar -FOTO

Olimpiya çempionu Yevqeniy Plyuşenkonu əməliyyat eləyən İsrail xəstəxanasının həkimi İlya Pekarskiy idmançının buz üzərinə qayıtmasında heç bir maneə görmür.

Publika.az xəbər verir ki, əməliyyatdan sonra danışan Pekarskiy Plyuşenkonun durumunu belə xarakterizə edib: “Şrupları burmaq üçün 2 vint açarından istifadə etmişik, çünki sümüklərin müqaviməti inanılmaz idi.

İndi toxumalar yavaş-yavaş sağalacaq.

Ona görə ki, bu, bir dəfə də əməliyyat olunmuş toxumalardı. Lakin yarım ildən sonra onun idmana qayıtmasında heç bir məhdudiyyət görmürəm”.

Plana əsasən həkimlər Plyuşenkonun sınmış şrupunu dəyişmək istəyirdilər. Lakin 3 saatlıq əməliyyatın ortasında buna lüzum olmadığını başa düşüblər.

Sümük yaxşı bitişdiyi üçün süni onurğa arası disk hər hansı bir möhkəmləndirici olmadan da dayana bilirdi. İlkin plan Plyuşenkonun onurğasından şrup götürülməklə dəyişib.

Artıq növbəti gün idmançı sərbəst şəkildə xəstəxana dəhlizində yeriyə bilib. O, etiraf edib ki, ağrıların olmasına baxmayaraq, özünü əvvəlkindən yaxşı hiss edir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm