UEFA “Barselona”nın 4 futbolçusunun medalını geri aldı
Bizi izləyin

İdman

UEFA “Barselona”nın 4 futbolçusunun medalını geri aldı

Avropa Futbol Federasiyası Assosiasiyası (UEFA) İspaniyanın “Barselona” futbol klubunun dörd oyunçusunu UEFA Çempionlar Liqasında qələbəsinə görə aldığı medalı qaytarmağa məcbur edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunlar Tomas Vermalen, Klaudio Bravo, Duqlas Pereyra və Jordi Masipdir.

Məlumata görə, UEFA-nın belə bir addım atmasına səbəb adıçəkilən futbolçuların Çempionlar Liqasının 2014-2015-ci il mövsümündə “Barselona”nın heyətində bir dəqiqə belə meydana çıxmamasıdır. UEFA-nın qaydalarına əsasən, futbolçu yalnız o halda medal ala bilər ki, o, mövsüm boyu bir oyunda olsa belə meydana çıxsın.

Qeyd edək ki, “Barselona” sözügedən turnirin finalında İtaliyanın “Yuventus” klubunu 3:1 hesabı ilə məğlub edərək qızıl medallar və kubokun sahibi olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm