Droqba “Qalatasaray”a şərt qoydu
Bizi izləyin

İdman

Droqba “Qalatasaray”a şərt qoydu

Droqba “Qalatasaray”a şərt qoydu

Mövsümün sonunda "Qalatasaray"la sözləşməsi bitəcək Droqba ilə bağlı maraqlı məlumat yayılıb.

Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, forvard müqaviləsini yeniləmək üçün İstanbul klubunun qarşısında iki şərt qoyub.

Ulduz futbolçu müqaviləni uzadacağı təqdirdə, 4.5 milyon avroluq gəlirinin azaldılmasını istəmir. İkinci şərt isə ondan ibarətdi ki, “Cim-Bom” Çempionlar Liqasına birbaşa vəsiqə qazanmalıdır.

Klubun bu şərtlərə necə reaksiya verəcəyi hər kəsin maraq dairəsindədir.

Qeyd edək ki, Droqbanın “Çelsi”yə gedəcəyi iddiaları ortaya atılmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm