İdman
Britaniya üçüncü oldu
Bakı-2015 I Avropa Oyunlarının XIV
günündə 8 idman növü üzrə yarışlar keçirilib. Bu gün 4 növdə 21
dəst medalın sahibi müəyyənləşib.
Publika.az xəbər verir ki, Rusiya medallarının sayını 123-a
çatdırıb. Şimal qonşumuzun aktivində 59 qızıl, 32 gümüş, 32 bürünc
var. Siyahıda 2-ci olan Azərbaycan 19 qızıl, 13 gümüş, 18 bürüncə
sahibdir. İlk üçlüyə yeni ölkə daxil olub. Bu Böyük Britaniyadır.
Onların aktivində 14 qızıl, 6 gümüş, 14 bürünc medal var. Dördüncü
yerin sahibi almanların hesabında isə 13 qızıl, 12 gümüş, 22 bürünc
medal var.
Qeyd edək ki, Azərbaycanın hesabına 4 qızıl, 1 bürünc medal hələ də
əlavə edilməyib. Təşkilatçılar bunu mükafatlandırılma mərasiminin
təxirə salınması ilə əlaqələndiriblər.
25 iyun
Boks:
81 kq çəki dərəcəsində Teymur Məmmədov qızıl medal qazanıb. +91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov yarımfinalda rus Qasan Gimbatovla görüşməli idi. Lakin boksçumuz zədəli olduğu üçün görüşə çıxmayıb və təmsilçimizin bürünc medal alması rəsmiləşib. Anna Əlimərdanova da yarımfinalda rus Yelena Saveleva ilə görüşdə məğlub olsa da, medalsız qalmayıb.
Cüdo:
60 kq çəki dərəcəsində Orxan Səfərov gümüş medal əldə edib.
Qılıncoynatma:
Sevil Bünyatova finalda polşalı rəqibinə məğlub olub və gümüş medalla kifayətlənib. Sevilin əkiz bacısı Sevinc isə bürünc medal qazanıb.
23 iyun
Boks:
56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinalda rus boksçu
Bəxtovar Nazirovla görüşdə məğlub olsa da, bürünc medalı təmin
edib.
22 iyun
Atletika:
Kişilər arasında 3000 m məsafəyə qaçış yarışları yekunlaşıb.
Azərbaycan təmsilçisi Hayle İbrahimov 7:54.14 göstərici ilə ilk
pilləni tutub.
Sambo:
Nəzakət Xəlilova, İslam Qasımov, Alim Qasımov və Vasif Səfərbəyov
gümüş medal qazanıb.
21 iyun
Atletika:
Kişilər arasında 1500 m məsafəyə qaçışın qalibi həmyerlimiz Hayle
İbrahimov olub. O 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının
qızıl mükafatını qazanıb. Qadınlar arasında 3000 m maneəli qaçış
üzrə qalib Azərbaycan idmançısı Beji Çaltu olub. Çaltu Avropa
Oyunlarının qızıl mükafatına yiyələnib.
Gimnastika:
Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünc medal qazanıb. Marina
Durunda isə 18,200 xal toplamaqla gümüş medala sahib çıxıb.
20 iyun
Gimnastika:
Təmsilçimiz Oleq Stepko 1 qızıl, 2 gümüş, 2 bürünc qazanıb. Stepko
bir günə 5 medal qazanmaqla I Avropa Oyunlarının tarixinə
keçib.
19 iyun
Taekvondo:
+80 kq çəkidə I Avropa Oyunlarının qalibi təmsilçimiz Radik İsayev
olub.
18 iyun
Gimnastika:
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarının gümüş
mükafatına layiq görülüb.
Güləş:
Güləş yarışlarının son günündə Camaləddin Maqomedov, Ruslan
Dibirhacıyev və Hacı Əliyev öz çəki dərəcələrində bürünc medal əldə
ediblər.
Taekvondo:
Kişilər arasında 80 kq çəki dərəcəsində təmsilçimiz Milad Beygi
Harçeqani qızıl, qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə
Əzizova gümüş medal qazandı.
17 iyun
Güləş:
65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində
təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74
kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala
yiyələnib.
Taekvando:
68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə
taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.
16 iyun
Güləş:
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan qızıl medal qazanıb.
Avarçəkmə:
Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını
qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə
nəticə ilə 2-ci olub.
Taekvando:
Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal
qazanıb.
15 iyun
Güləş:
Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində
çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı
55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal
əldə edə bilib.
Gimnastika:
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc
medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan
ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti
ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska
qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını
artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı
Luiqi Busa ilə qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala
sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini
4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.
***
Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə
Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub
edərək bürünc medalın sahibi olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1
hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1
hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc
medal əldə edib.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ