Avropa Oyunlarının gümüş medalçısı əməliyyat olundu - FOTO - ÖZƏL
Bizi izləyin

İdman

Avropa Oyunlarının gümüş medalçısı əməliyyat olundu - FOTO - ÖZƏL

Bakı 2015 I Avropa Oyunlarında cüdo üzrə yığma komandamızın yeganə medalçısı Orxan Səfərov əməliyyat olunub.

Publika.az xəbər verir ki, Avropa Oyunlarında gümüş medal qazanmış idmançı bu barədə sosial şəbəkədə məlumat verib və əməliyyatdan sonrakı halının şəklini paylaşıb.

Səfərov bud əzələsinə görə əməliyyat masasına uzanıb. O, zədəsi ilə bağlı belə açıqlama verib:

“Şükür Allaha, əməliyyat bitdi. Arxa bud əzələm tam qopmuşdu”.

İdmançı yaxın zamanda məşqlərə qayıtmağı da düşünür.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm