Məşqçilər Komitəsində yeni ad
Bizi izləyin

İdman

Məşqçilər Komitəsində yeni ad

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləriylə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda keçirilmiş "Prezident kuboku" turnirindəki çıxışı ilə bağlı hesabat müzakirə olunub, yığmanın çıxışı müsbət qiymətləndirilib. U-17-nin növbəti turnirlər üçün 10 aylıq hazırlıq planının tərtib olunması qərara alınıb.

Şahin Diniyevin "Kəpəz"ə baş məşqçi təyin olunması ilə əlaqədar Məşqçilər Komitəsində yaranmış vakant yerə komitə tərəfindən Əsgər Abdullayevin namizədliyi irəli sürülüb və bu addım müsbət qarşılanıb.

Məşqçilər Komitəsində işlərin çoxluğu nəzərə alınaraq, Şakir Qəribovun komitədə fəaliyyətini davam etdirməsi qərara alınıb.

Qeyd edək ki, Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyev "Kəpəz"in baş məşqçisi təyin olunub və o, köməkçi məşqçi kimi Şakir Qəribovu Gəncəyə dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm