İdman
Çempionlar Liqasında rəqiblərimiz məlumdur
Çempionlar Liqasının 2015/2016 mövsümünün püşkatma mərasimi baş tutub. Söhbət qadın voleybolçular arasında keçiriləcək turnirdən gedir.
Publika.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın "Telekom", "Lokomotiv" və "Azərreyl" klublarının rəqibləri müəyyənləşib.
Super Liqanın qalibi "Telekom" Türkiyə çempionu "Fənərbaxça", Polşa
"İmpel"i və Bundesliqanın qalibi "Dresdner"lə qüvvəsini
sınayacaq.
Püşk "Lokomotiv" və "Azərreyl"i bir-birinə rəqib edib. Onların
mübarizə aparacağı A qrupunda Rusiya çempionu Kazan "Dinamo"su və
Almaniya çempionatının gümüş medalçısı "Stutqart" da var.
Qrup mərhələsinin oyunlarına oktyabrın 27-də start veriləcək və
yanvarın 27-də başa çatacaq. Reqlamentə əsasən, qrupda ilk 2
pilləni tutacaq klublar pley-offa vəsiqə qazanacaq. Yarışın
"Dördlər finalı" isə 2016-cı il aprelin 9-10-na nəzərdə
tutulub.
A qrupu
Dinamo (Kazan, Rusiya), Lokomotiv (Azərbaycan), Azərreyl
(Azərbaycan), Stutqart (Almaniya)
B qrupu
Vakıfbank (Türkiyə), Atom (Polşa), Novara (İtaliya), Kalsit
(Sloveniya)
C qrupu
Əczaçıbaşı (Türkiyə), Ximik (Polşa), Kasalmaqqiore (İtaliya), Agel
(Çexiya)
D qrupu
Uraloçka (Rusiya), Kann (Fransa), Volero (İsveçrə), Partizan
(Serbiya)
E qrupu
Fənərbaxça (Türkiyə), Telekom (Azərbaycan), Dresdner (Almaniya),
İmpel (Polşa)
F qrupu
Dinamo (M, Rusiya), Le Kannet (Fransa), Alba (Rumıniya), Pyaçentsa
(İtaliya)
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ