Taekvondoçularımız Avropa çempionatının ilk günündə üç medal qazanıblar
Bizi izləyin

İdman

Taekvondoçularımız Avropa çempionatının ilk günündə üç medal qazanıblar

Strasburqda keçirilən yeniyetmə taekvondoçular arasında Avropa çempionatının ilk günü Azərbaycanın yığma komandası üçün uğurlu olub.

Yarışın ilk günündə millimizin üzvlərindən mübarizəyə başlayan Bəhruz Quluzadə (37 kq) qızıl, Sevda Pirseyidova (-37 kq) gümüş, Ziya Xəlilov (-41 kq) isə bürünc medallara layiq görülüb.

Bəhruz Quluzadə finalda ukraynalı rəqibi Boqdan Tixonovu 8:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Sevda Pirseyidova isə həlledici görüşdə türkiyəli Melek Polata 4:14 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla başa vurub. Ziya Xəlilov isə yarımfinalda belaruslu rəqibi Aleksey Liaukouya məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

Azərbaycan Avropa çempionatında ümumilikdə 18 taekvondoçu ilə təmsil olunur.

Milli komandamız iyulun 5-dək keçiriləcək yarışa baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm