İdman
Velosipedçilərimiz Çində mübarizə aparır
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" bu gün Çində start götürən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir.
Publika.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edir. Onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.
Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunur. Sinin şəhərində təşkil olunan ilk dairəvi mərhələdə iştirakçılar şəhər küçələri ilə 121 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - o, finişi mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçsə də, fotofinişə əsasən 6-cı olub. Həmin pelotonun içərisində olan Maksim Averin 12-ci, Aleksandr Surutkoviç isə 14-cü nəticə göstərib.
Sabah iştirakçılar Duobadan Datonqa qədər olan 188 km məsafəni qət etməlidirlər. "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK