“Neftçi” Monteneqroya yollandı
Bizi izləyin

İdman

“Neftçi” Monteneqroya yollandı

Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" bu gün səhər saatlarında Monteneqroya yola düşüb.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi iyulun 9-da Podqoritsada "Mladost"la I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

"Qradski" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. "Ağ-qaralar" Bakıdakı son məşqini ötən gün keçirib.

Qeyd edək ki, ilk görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm