0:38 hesabıyla uduzan milli FİFA-ya üzv olmaq istəyir
Bizi izləyin

İdman

0:38 hesabıyla uduzan milli FİFA-ya üzv olmaq istəyir

Sakit okean oyunlarında keçirdiyi 3 oyunda 114 qol buraxan Mikroneziya millisinin baş məşqçisi Sten Foster FİFA-dan yardım istəyib.

Publika.az xəbər verir ki, Taitiyə 0:30, Ficiyə 0:38, Vanuatuya isə 0:46 hesabıyla uduzan millinin baş məşqçisi FİFA-dan onları üzvlüyə qəbul etmələrini xahiş edib:

"Mən FİFA-dan bizi Asiya zonasından üzvlüyünə qəbul etməsini istəyirəm. Bu baş verəcəyi halda, komanda texniki yardım ala biləcək. Bununla da, komanda hər il öz oyununu bir az da təkmilləşdirəcək".

FİFA-nın üzvü olmayan Mikroneziya millisi ilk oyununu 1999-cu ildə keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm