ÇL-in ilk xoşbəxtləri bəllidir
Bizi izləyin

İdman

ÇL-in ilk xoşbəxtləri bəllidir

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, Andorra "Santa Koloma"sı evdə Cəbəllütariq "Linkoln"unu qəbul edib. Oyunun ilk hissəsində andorralılar hesabda önə keçsə də, ikinci hissədə 2 dəfə fərqlənən cəbəllütariqlilər əzmkar qələbəylə mərhələni adlayıb. Bununla da "Linkoln" Cəbəllütariq futbolunun tarixinə düşüb. Belə ki, keçən mövsümdən Çempionlar Liqasında təmsil olunmağa başlayan Cəbəllütariq qitənin ən nüfuzlu klub turnirində ilk dəfə mərhələ adlamaq sevincini yaşayıb.

Şimali İrlandiya "Kruzaders"iylə Estoniyanın "Levadiya" klubları isə ilk oyundakı kimi yenə "sülh bağlayıblar". Ancaq şimali irlandiyalılar səfərdə vurduğu qola görə mərhələ adlayan tərəf olub.

Səfərdə Farer adalarının "B-36 Torshavn" klubunu məğlub edən (2:1) Uels "Nyu-Sents"i evdə rəqibini darmadağın edərək (4:1) 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

7 iyul

Levadiya (Estoniya) - Kruzaders (Şimali İrlandiya) 1:1 (ilk oyun 0:0)

Luts, 21 - Karvil, 4.

Santa Koloma (Andorra) - Linkoln (Cəbəllütariq) 1:2 (0:0)

Lima, 45 - Bardon, 48. Kaskyaro, 64.

Nyu-Sents (Uels) - B-36 Torshavn (Farer adaları) 4:1 (2:1)

Serjant, 15. Vilde, 27; 47. Uilyams, 89 - Kislevits, 91.

Folqore (San-Marino) - Pünik (Ermənistan) 1:2 (1:2)

Traini, 67 - Hovhanissyan, 7. Satumyan, 44.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm