“Beşiktaş” “Zadəganlar”a ağız açdı
Bizi izləyin

İdman

“Beşiktaş” “Zadəganlar”a ağız açdı

Türkiyənin üç böyük klubu transfer bazarında da bir-biriylə amansız rəqabət aparır. “Qalatasaray” və “Fənərbaxça” bu yay səs-küylü transferlərlə azarkeşlərini sevindirsələr də, “Beşiktaş” hələ sükutu pozmayıb.

Publika.az xəbər verir ki, “Qartallar” bu yöndə çalışmalarını davam etdirir. İstanbul klubu “Çelsi”nin hücumçusu Loik Remiyə maraq göstərir. Artıq London klubunun rəsmiləriylə əlaqə də yaradılıb. Amma “Zadəganlar” “Beşiktaş”ın ilk təklifini geri çevirib.

“Ağ-qaralar” fransız hücumçunu sonradan almaq şərtiylə icarəyə götürməyi planlaşdırır. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo isə Remiyə ideal əvəzləyici kimi baxır. Bu üzdən portuqaliyalı mütəxəssis onunla vidalaşmaq istəmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm