İKT
“Space TV” fəaliyyətini dayandırır?
Rəqəmsal yayıma keçidlə əlaqədar “SPACE” Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Space TV”-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.
Noyabrın 1-dən Azərbaycanda rəqəmsal yayıma keçid əlaqədar sözügedən telekanalın istifadə etdiyi texniki avdanlıqlara baxış keçirilən zaman məlum olub ki, “Space TV”-də istifadə olunan texniki avadanlıqlar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus “Azərspace-1” peykinin Azərbaycan paketində yayımın tələblərinə cavab vermir.
Telekanal rəhbərliyinə tövsiyə olunub ki, “Xəzər”, “Azad Azərbaycan” və “Lider” televiziya kanalları rəqəmsal yayıma artıq hazır olduğu üçün “Space TV” də bu prosesi tezləşdirməlidir. Əks təqdirdə yayımdan məhrum ola bilər. Çünki noyabrın 1-ə az müddət qalsa da, “Space TV” rəqəmsal yayım üçün tələb olunan texniki avadanlıqlara hələ də yiyələnməyib.
Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki, Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb. (olke.az)
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı










.jpg)











.jpg)

.jpg)














.jpg)