Nazir tapşırıq verdi: Problemlər ilin sonunadək aradan qaldırılsın
Bizi izləyin

İKT

Nazir tapşırıq verdi: Problemlər ilin sonunadək aradan qaldırılsın

Bu ilin 9 ayında rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin Ümumi Daxili Məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.

Bu ilin 9 ayında rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin Ümumi Daxili Məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.

Publika.az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 9 ayın yekunlarına dair müşavirədə bildirib.

Nazirin birinci müavini həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədi ilə “şəbəkə” mərkəzlərinin yaradılmasına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mərkəz vasitəsi ilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq.

“AzInTelecom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “Aztelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “Azərkosmos” ASC-nin rəhbərləri müəssisələrin fəaliyyəti, həyata keçirdiyi işlər və gələcək planları barədə təqdimatla çıxış edib.

Müşavirənin sonunda nazir Ramin Quluzadə ölkə başçısının müəyyən etdiyi sosial-iqtisadi siyasətin İKT sahəsində uğurlu icrası üçün bütün zəruri addımların atılmasının vacibliyini vurğulayıb. Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən nazir sektorun inkişafı üzrə tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılmasını qurum və müəssisələr qarşısında tələb kimi irəli sürüb. Nazir müəssisələrə fəaliyyətlərində olan çatışmazlıqların cari ilin sonunadək aradan qaldırılması ilə bağlı göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm