Televizoru göstərməyənlərə XƏBƏRDARLIQ
Bizi izləyin

İKT

Televizoru göstərməyənlərə XƏBƏRDARLIQ

Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib. Çanaq antenası olmayan və kabel yayımdan istifadə etməyəndən dekoder almalıdır.

Milli Televiziya və Radio Şurası alınacaq dekoderlərlə bağlı əhaliyə xəbərdarlıq edir. MTRŞ-nın texniki şöbəsinin əməkdaşı Fikrət Xudatzadə Publika.az-a bildirib ki, 4 telekanala baxmaq üçün dekoder alarkən HD formatını dəstəkləməsinə diqqət edilməlidir: “Televiziya, radio aparatları satılan istənilən mağazalardan dekoderləri əldə etmək mümkündür. Qiyməti də çox baha deyil. Lakin dekoderlər alarkən bir məqma diqqət etməlidir. Hazırda “AzTV”, “İdman Azərbaycan” , “İctimai Televiziya” və “CBC Sport” telekanalları HD formada yayımlanır. Bu telekanallara baxmaq üçün dekoder alarkən HD formatı dəstəkləməsinə diqqət etməlidirlər. Bütün dekoderlər ən köhnə və ən müasir televiziya aparatların hamısına qoşula bilir. 2010-cu ildən sonra istehsal olunan televiziyalara dekoder lazım deyil”.

F. Xudatzadə bildirib ki, dekoderlərin televiziyalara birləşdirilməsi çox asandır: “İstənilən mobil telefonu işlədə bilən şəxs dekoderi də işlədə biləcək. Sadə aparatın kitabçasında qeyd olunan qaydalara əməl etmək kifayətdir. Əvvəlcə hər bir kabeli uyğun istiqamətdə taxılmalıdır, sonra da pultla axtarış verərək kanalları tapmaq olur. Kanallar avtomatik və normal rejimdə axtarıla bilər. Onlardan birini seçməklə istənilən kanala baxmaq olar. Bir neçə dəqiqəyə kanalları tapmaq mümkündür”.

MTRŞ rəsmisi rəqəmsal yayıma keçilməmişdən əvvəl insanlar tərəfindən dekoderlərin istifadəsi ilə bağlı müraciətlərin olduğunu dedi.

Onun sözlərinə görə, artıq bölgələrdə də rəqəmsal yayıma keçmək üçün lazımı avadanlıqlar quraşdırılıb. Dekabrın 1-dən bölgələrdə də rəqəmsal yayıma keçiləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm