Rusiyanın məşhur media korporasiyasının rəhbəri dəyişdi
Bizi izləyin

İKT

Rusiyanın məşhur media korporasiyasının rəhbəri dəyişdi

Yeni rəhbər Aleksandr Mamutdur.

Aleksandr Mamutun sahibi olduğu “A&NN Investments” fondu sahibkar Vladimir Potaninin “Rambler&Co” şirkətlər qrupunun 50 faiz səhmlərini alıb.

Publika.az xəbər verir ki, bu barədə “Rambler News Service” məlumat yayıb.


Məlumata görə, A.Mamut media şirkətinin rəhbəri olub.

“A&NN”-in baş direktoru Marina Qrenberq bildirib ki, “Rambler&Co”nun tam sahibi olmaq onların uzun müddətli strategiyalarının bir hissəsidir.

Onun sözlərinə görə, fond internet və media sektoruna investisiyalar qoymaq istiqamətində çalışır.

“Biz Rusiyada bu sektorun böyüdüyü bir vaxtda “Rambler&Co”nun inkişaf perspektivlərini və geniş auditoriyaya giriş potensialını görürük”, - deyə o qeyd edib.

“Rambler&Co” şirkəti 2013-cü ilin mayında “Elan-Rambler” aktivlərinin birləşməsi nəticəsində yaradılıb. İnternet şirkətə “Rambler”, “Elan”, “Lenta.ru”, “Bequn”, “Qiymət-ekspress” və “Rambler oyunlar” daxildir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm