Redaktor qalmaqallı süjetə görə işdən qovuldu - - VİDEO
Bizi izləyin

İKT

Redaktor qalmaqallı süjetə görə işdən qovuldu - - VİDEO

Növbətçi redaktora şiddətli töhmət verilib

Azad Azərbaycan teleradio şirkəti Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar rəsmi açıqlama yayıb.

"Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq.

Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq. Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qəbuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözü gedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsinde tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib.

(musavat)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm