Cərimə və rüsumlar telefonla da ödəniləcək
Bizi izləyin

İKT

Cərimə və rüsumlar telefonla da ödəniləcək

Cərimə və rüsumları telefonla da ödəyə biləcəyik.

"İnnovasiyalar mərkəzi" QSC yaxın vaxtlarda "ASAN Ödəniş" ödəmə sisteminin mobil əlavəsini təqdim edəcək.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə mərkəzdən məlumat verilib.

Əlavə vasitəsilə cərimələri, rüsumları, kommunal xidmətləri və digər ödəmələri həyata keçirmək olar.

Bu əlavədən "e-imza", "ASAN İmza" vasitəsilə, adi qeydiyyatla və ya qeydiyyatsız istifadə etmək olar.

Əlavədə qeydiyyatdan keçmiş istifadəçilər üçün "şəxsi kabinet", müxtəlif ödəmələr barədə şikayət göndərmək imkanı, "108" çağrı mərkəzi ilə birbaşa əlaqə və digər funksiyalar olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm