• USD 1,7000 0,00% EUR 1,8766 -0,24%
    • GBP 2,1213 -0,07% RUB 0,0264 0,00%

Dünyanı bu bəladan “5G” XİLAS EDƏCƏK: 2035-ci ildə...

  • İKT
  • 3 Fevral 2017 18:22
  • 743 Baxış
Dünyanı bu bəladan “5G” XİLAS EDƏCƏK: 2035-ci ildə...

“5G”nin tətbiqi yeni sənaye sahələrinin və yeni iqtisadiyyatın yaranmasına yol açacaq.

Publika.az xəbər verir ki, bu barədə “Qualcomm Technologies” şirkətinin beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) dünya iqtisadiyyatına və sosial sahəyə təsirini əks etdirən “5G Economy” tədqiqatının nəticələrində bildirilib.

Hesabatda vurğulanıb ki, “5G”nin təşəkkülü ilə mobil texnologiyalar istehlak sektoru, energetika və maşınqayırma kimi baza infrastrukturları üçün əsas olacaq.

“5G”nin iqtisadi potensialının dünyada tam həyata keçiriləcəyi 2035-ci ildə geniş spektrli sahələr - pərakəndə satış, təhsil, nəqliyyat və əyləncədə tətbiq ediləcək. Onun sayəsində 12,3 trilyon dollarlıq məhsul və xidmətlər istehsal ediləcək.

2035-ci ildə “5G”dən əldə olunan qazanc 3,5 trilyon dollar təşkil edəcək, 22 milyon iş yeri yaradılacaq. Başqa sözlə, dünyanı işsizlik bəlasından xilas olmasında “5G” böyük rol oynayacaq.

“PSB” tərəfindən keçirilən iqtisadi tədqiqatı tamamlayan sorğu təsdiq edib. Rəyi soruşulan 3500 respondentin 90 faizindən çoxu “5G”nin hazırda mövcud olmayan yeni məhsul, xidmət və istifadə variantlarının yaranmasını mümkün edəcəyinə inandığını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR