160 geqabaytlıq film bir saniyədə yüklənəcək - İNANILMAZ
Bizi izləyin

İKT

160 geqabaytlıq film bir saniyədə yüklənəcək - İNANILMAZ

İnternetdə məlumatın ötürülməsini 400 dəfə sürətləndirəcək mikroçip hazırlanıb.

ABŞ-ın texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli “International Business Machines (IBM)” şirkəti tərəfindən internetdə məlumatın ötürülməsini 400 dəfə sürətləndirəcək mikroçip hazırlanıb. Bu mikroçip vasitəsilə 160 geqabaytlıq film bir saniyədə yüklənəcək.

Azərtac “IBM”in rəsmi qəzetinə istinadla xəbər verir ki, bu çip şirkətin İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən laboratoriyasında hazırlanıb. Yeni çip internetdə məlumatları genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan “Google Fiber”dən 400 dəfə sürətlə ötürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm