"Azercell" dövlət büdcəsinə 1 milyard 458,2 manat vəsait ödəyib
Bizi izləyin

İKT

"Azercell" dövlət büdcəsinə 1 milyard 458,2 manat vəsait ödəyib

"Azercell Telekom Azərbaycanın mobil rabitə bazarının 48 faizinə nəzarət edir".

"Azercell Telekom Azərbaycanın mobil rabitə bazarının 48 faizinə nəzarət edir".

Publika.az xəbər verir ki, bu sözləri Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

V.Mürsəliyev bildirib ki, 2016-cı ildə "Azercell" dövlət büdcəsinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib.

“Şirkətin ödəmələri ümumi ödənişlərin 2,3 faizini təşkil edib. O da məlum olub ki, 2016-cı ildə "Azercell" telekomunikasiyanın inkişafına təqribən 31 milyon 16 min dollar xərcləyib. Öz işçilərinin inkişafına 659 430,21 dollar yönəldib. Hazırda şirkətin abunəçilərinin sayı 4,5 milyon nəfərdir”.

V.Mürsəliyev onu da əlavə edib ki, şirkət mobil internetin inkişafına diqqətini daha da artıracaq:

“Bütün dünyada zəng xidməti azalır, əvəzində mobil internet genişlənir. Biz də faəliyyətimizi buna fokuslamışıq. Ona görə də, internet tariflərinə 27 faiz endirim etdik”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm