Bu, insanlığın sonu olacaq – Alimlərdən QORXULU XƏBƏRDARLIQ​​​ - - FOTO/VİDEO​​​​
Bizi izləyin

İKT

Bu, insanlığın sonu olacaq – Alimlərdən QORXULU XƏBƏRDARLIQ​​​ - - FOTO/VİDEO​​​​

Bir çox sahələrdə dəyişikliyə səbəb olacaq.

Texnologiya liderləri bir tərəfdən süni zəka ilə bağlı yeniliklər üzərində işləyərkən digər tərəfdən də bununla bağlı ciddi xəbərdarlıqlar edir. Stefan Havkingdən Elon Muska qədər bir çox texnologiya dahisinin bu istiqamətdəki xəbərdarlıqlarına mütləq diqqət yetirməliyik. Bu gün dünyada ən çox diqqət süni zəka və robotlar üzərində köklənib. Ən iri texnologiya şirkətləri bu istiqamətə böyük sərmayə qoyur. Hətta bir çox universitetlərdə də bu yöndə araşdırmalar aparılır.

Süni zəka texnologiyası insanların gündəlik həyatına dərin təsir göstərə biləcək potensiala sahibdir. Belə ki, insanların görməli olduğu iş yaxın gələcəkdə süni zəka və robotlar sayəsində avtomatik olaraq həll ediləcək. Bu da bir çox sahələrdə dəyişikliyə səbəb olacaq.

Hələ ki, alimlərin süni intellekt hekayələrindəki həyatdan uzağıq. Bəs həqiqətənmi o hekayələrdəki kimi süni zəka istəyirik? Bunun bir sərhədi varmı? Kompüterlər insanları əvəzləyəcəkmi? Öz-özünü idarə edən süni zəka nə qədər etibarlıdır?

Bu suallar istər-istəməz insanın beynini məşğul edir.

Publika.az dünyanın texnologiya liderlərinin bu mövzudakı fikirlərini diqqətə çatdırır:

Alim Stefan Havking deyir ki, bioloji bir beyinlə kompüterin edə biləcəkləri arasında bir fərq görmürəm: “Teoriyada kompüter insan zəkasını təqlid edə, onu geridə qoya bilər. Güclü süni zəkanın inkişafı başımıza gələ biləcək ya ən yaxşı, ya da ən pis şey olacaq. Ancaq indi hansının olacağını bilmirik”.

S.Havking onu da bildirir ki, tam bir süni zəkanın inkişafı insan irqinin sonu ola bilər: “Özü hərəkət edən, artan bir texnologiya qarşısında insan beyni zəif qala və robotlar insanları əvəzləyə bilər. Kompüterlər süni zəka sayəsində növbəti 100 il ərzində insanları geridə qoyacaq. Bu zaman kompüterlərin bizimlə eyni məqsədi daşıdığından əmin olmalıyıq”.

“SpaceX”in rəsmisi Elon Musk isə süni zəkaya qarşı insanları diqqətli olmağa çağırır: “Varlığımız üçün ən böyük təhlükə nədir deyə soruşsalar, böyük ehtimalla süni zəka deyə cavab verərəm. Buna görə də diqqətli olmalıyıq. Hər gün bu yenilikləri yaxından izləyəcək və nəzarət edəcək birinin olmasının mütləqliyini düşünürəm. Bəlkə də, bu, beynəlxalq bir xidmət ola bilər. Çox axmaq bir şey etmədiyimizdən əmin olmalıyıq”.

“Alfabet”in rəhbəri Eric Smit süni zəkanın insanlıq üçün istifadə ediləcək ən böyük güclərdən biri hesab etdiyini deyir: “Çünki insan ondan daha ağıllıdır. Gələcək 10-20 il üçün heç bir narahatlığım yoxdur. İndi hələ iməkləmə mərhələsindəyik”.

“Microsoft”un qurucusu Bill Qeyts süni zəka ilə bağlı narahatlıq keçirənlər sırasındadır: “Maşınlar bizim üçün bir çox şeyi edəcək. Əgər doğru istiqamətləndirilsə, müsbət bir şeydir. Ancaq illər sonra bu narahatlıq yarada bilər. Bu məsələdə Elon Muska qatılıram. Nə üçün bəzi insanların narahat olmadığını isə anlamıram”.

“Apple”-in qurucusu Steve Vozniak gələcəyin insanlar üçün qorxulu olacağını düşünür. O fikrini belə izah edir: “Bu cihazlar bizim üçün hər şeyi etsə gələcəkdə bizdən daha sürətlə düşünə bilərlər. Onlar şirkətləri idarə etmək üçün insanlardan xilas olacaqlar. İnsanlar robotların ev heyvanı olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm