Məlumatları birdəfəlik silən virus aşkar edildi
Bizi izləyin

İKT

Məlumatları birdəfəlik silən virus aşkar edildi

Virus quraşdırmadan dərhal sonra sərt diskdəki faylları məhv etməyə başlayır.

"Kasperski Laboratoriyası" qurğudakı məlumatları birdəfəlik silən, öz qurbanını izləyən və qoruyucu funksiyasını yerinə yetirən proqram təminatından yaxşıca gizlənən “StoneDrill” virusunun peyda olması barədə məlumat verib.

Publika.az xəbər verir ki, “StoneDrill” virusunun köməyi ilə Avropa və Yaxın Şərq ölkələrində şirkətlərə qarşı haker hücumları qeydə alınıb. Proqram təminatı iki mürəkkəb anti-emulyasiya metodu sayəsində özünü büruzə vermir. Zərərli proqram kompüterə düşən kimi əksər hallarda istifadə edilən brauzerin yaddaş prosesinə yüklənir. Virus quraşdırmadan dərhal sonra sərt diskdəki faylları məhv etməyə başlayır.

“StoneDrill” virusu informasiyanı silən moduldan başqa qurbanlarını izləyən bekdordan ibarətdir. "Kasperski Laboratoriyası"nın mütəxəssisləri 4 idarəetmə serveri aşkar ediblər. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm