Səyyar ASAN xidmət Horadizdə
Bizi izləyin

İKT

Səyyar ASAN xidmət Horadizdə

Səyyar ASAN xidmət aprelin 3–dən 22-dək Füzuli rayonunun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN Xidmət”dən Publika.az-a verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 27 mart – 5 aprel Binəqədi rayonunun Binəqədi qəsəbəsində, 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart – 11 aprel Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart - 26 aprel Salyan şəhərində, Səyyar “ASAN qatar” isə 28 mart – 11 aprel Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı,şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi,mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi,daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm