Bakcell abunəçiləri 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar
Bizi izləyin

İKT

Bakcell abunəçiləri 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar

İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha sərfəli Yeni Doğma tarifini təqdim edir. Bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.

Bu sərfəli tarifdən faydalanmaq üçün sadəcə olaraq *138#5#YES kodunu yığmaq və ya Yeni Doğma tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün CIN və Klass tarifinin istifadəçiləri həmçinin bu təklifdən yararlana bilərlər.

Qeyd etmək lazımdır ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim edilir və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm