İKT
Feysbuk Messencer-də M işə düşdü
Feysbuk sosial şəbəkəsi Feysbuk Messencer tətbiqində "M" rəqəmli köməkçisini istifadəyə verib.
"M" köməkçisi süni intellekt elementlərindən istifadə edir və danışığın məzmunundan asılı olaraq çatda ünsiyyət aparan həmsöhbətlərə müxtəlif əməliyyatlar təklif edə bilər. Məsələn, istifadəçilər gələcək görüş barəsində müzakirələr apardığı halda messencer xəritədə görüş yerini və vaxtı təyin etməklə həmsöhbətlərdən birinə plan təklif edəcək. Bundan başqa, rəqəmli köməkçi stikerlər göndərməyi, pul köçürməyi, olduğun məkanı paylaşmağı, "Lyft" və ya "Uber" xidmətləri üzərindən taksi sifariş etməyi, həmçinin səsvermə funksiyasını (bu funksiya qrup çatlarında əlçatandır) işə salmağı təklif edə bilər.
Rəqəmli köməkçi, həmçinin öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, mobil qurğunun sahibi messencerin sazlamalarında "M" rəqəmli köməkçisini həmişəlik deaktiv edə bilər.
Hazırda "M" köməkçisi ABŞ-da "Facebook Messenger" mobil tətbiqinin "iOS" və "Android" istifadəçilərinə əlçatandır, amma müəyyən vaxtdan sonra "M" rəqəmli köməkçisinin imkanları genişləndiriləcək və başqa ölkələrdə də əlçatan olacaq. (ICTnews)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK