• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Votsapdan möhtəşəm YENİLİK

  • İKT
  • 16 Aprel 2017 17:33
  • 3 755 Baxış
Votsapdan möhtəşəm YENİLİK

Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi votsap mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

Publika.az ölkə.az-a istinadən xəbər verir ki, votsapın ilk əvvəl tətbiq etdiyi "göndərilən mesajı ləğv etmə" xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR