Azərbaycanda məşhur sayt İNTERNETSİZ QALDI
Bizi izləyin

İKT

Azərbaycanda məşhur sayt İNTERNETSİZ QALDI

Saytda problem yaranıb.

Aznews.az saytında problem yaranıb.

Publika.az xəbər verir ki, saytda sonuncu xəbər 00:00-da qoyulub. Sayta giriş mümkün olsa da, xəbərlər yenilənmədiyi görünür.

Aznews.az saytından Publika.az-a bildirildi ki, saytın fəaliyyətində heç bir problem yoxdur, xəbər lentinin yenilənməməsi internetlə bağlıdır: “Redaksiyamızın yerləşdiyi binada - Beynəlxalq Mətbuat Mərkəzində internet yoxdur. Bu səbəbdən sayta yeni xəbərlər yerləşdirə bilmirik. Bu barədə binanı internetlə təmin edən provayder - “Bakiinternet”ə məlumat verilib. Hazırda əməkdaşları internetin bərpası üçün iş aparırlar”.

Problemin səbəbi ilə bağlı “Bakiinternet”lə əlaqə saxlamağa çalışsaq da telefonlara cavab verilmədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm