İKT
Parolları oğurlayan iki proqram aşkarlandı
Xüsusi antivirus proqramlarının hazırlanması üzrə ixtisaslaşmış "ESET" şirkətinin əməkdaşları tərəfindən "Google Play" xidmətində aşkar edilmiş iki mobil tətbiq ödəmə sistemlərindən istifadə edənlərin ünvanlarını, həmçinin parollarını oğurlayır.
Mobil tətbiqlərdən biri artıq 100 min dəfədən çox yüklənilmiş "Boost Veiws" proqramıdır. Bu mobil tətbiq rəsmən "YouTube" video hostinqindən qazanc əldə etmək kimi təsvir edilir. Mobil tətbiqi işə saldıqdan sonra istifadəçiyə videoçarxları izləyərək buna görə ödəniş əldə etmək, ya da öz kanalında baxış sayını artırmaq təklif edilir. Ekspertlər mobil tətbiq üzərindən qazanılmış pulu "PayPal" ödəmə sistemi vasitəsilə öz hesabına köçürməyə çalışıblar. Məlum olub ki, avtorizasiyadan keçmək üçün daxil edilmiş qeydiyyat məlumatları, həmçinin bank kartının məlumatları kənar serverə göndərilir.
Digər mobil tətbiq "PaxVendor" proqramı "Paxful" bitkoin mübadiləsində avtorizasiyanın həyata keçirilməsi üçün saxta ekrandan başqa heç bir funksiyaya malik deyil. Bu halda istifadəçilər tərəfindən daxil edilmiş informasiya proqramın yaradıcılarına göndərilib. (ICTnews)
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO